IMG-LOGO

Teleaparıcının başında şüşə qab qırdılar

22 Jun 2024 13:07 243 baxış
IMG

Amerikanın Bravo kanalında yayımlanan “Watch What Happens Live! (“Nə baş verdiyini canlı izlə!”) verilişinin aparıcısı Endi Koenin başında şüşə sındırıb. 

Lent.az-ın xəbərinə görə, Koen və proqramın qonaqları oyunda iştirak edərək bir-birlərinə suallar veriblər. Aparıcı bir suala cavab verə bilməyib, verilişin qonağı və dostu interyer dizayneri Cef  Lyuisi şüşə butulka ilə onun başına yüngülcə vurub. Lakin zərbənin təsiri ilə şüşə qırılıb.

Qonaq “Sən həddən artıq güclü vurdun" deyib qəzəblənən aparıcıdan üzr istəyib. 

Mənbə: lent.az

Xəbər lenti