IMG-LOGO

AVRO-2024: İspaniya İtaliyanı məğlub etdi, 1/8 finala yüksəldi

21 Jun 2024 01:07 163 baxış
IMG

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin ikinci turu çərçivəsində İspaniya və İtaliya milliləri üz-üzə gəlib.

Lent.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən oyunda ispanlar minimal hesabla rəqiblərini üstələyib - 1:0.

Oyunun 55-ci dəqiqəsində italyanların heyətində Rikardo Kalafyori topu öz qapısına vurub.

Bununla da İspaniya yığması qrupundakı xallarının sayını 6-ya çatdıraraq 1/8 final mərhələsini təmin edib.

Mənbə: lent.az

Xəbər lenti