IMG-LOGO

Universitetdən qovulan tələbə yataqxanada özünü öldürdü

24 May 2024 18:45 100 baxış
IMG

Rusiyanın Vladivostok şəhərində Uzaq Şərq Federal Universitetinin tələbəsi qovulduğu üçün öz yataqxanasında intihar edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə şahidləri yataqxananın girişinin yaxınlığında hüquq-mühafizə orqanlarının avtomobilini görüblər. Daha əvvəl bu yerə reanimasiya briqadası gəlib.

Tələbələrin dediyinə görə, otaqların birində onların tələbə yoldaşı qovulduğu üçün intihar edib. Bu, hazırda ilkin məlumatdır. Gəncin ölümünün rəsmi səbəbi hələlik məlum deyil.

Xəbər lenti