IMG-LOGO

Sumqayıtda ana özünü və uşaqlarını zəhərlədi

21 May 2024 21:35 97 baxış
IMG

Sumqayıtda üçü uşaq olmaqla bir ailənin dörd üzvü zəhərlənib.

Lent.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.

36 yaşlı İsgəndərova Sevgül Əllədin qızı yaşadığı mənzildə dərman vasitəsi ilə üç uşağını zəhərləyib.

Daha sonra o özü də həmin həbləri qəbul edərək zəhərlənib.

Zəhərlənən uşaqlar 17 yaşlı N. Süleymanova, 8 yaşlı N. Süleymanov və 7 yaşlı Y. Süleymanov, o cümlədən anası S.İsgəndərova Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdiriliblər.

Ananın vəziyyəti qənaətbəxş olsa da, azyaşlılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.

Nurlan Əli

Xəbər lenti