IMG-LOGO

Bakıdan babasıgilə qonaq gedən uşaq öldü

21 May 2024 19:52 201 baxış
IMG

Biləsuvarda azyaşlı qəflətən vəfat edib.

Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, 7 yaşlı X. E. babasının evində dünyasını dəyişib.

Azyaşlının meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Biləsuvar rayon şöbəsinə təhvil verilib.

Məlumata görə, azyaşlı Bakı şəhərindən Biləsuvara, babasıgilə qonaq gəlib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti