IMG-LOGO

Zaqatalada 3 yaşlı uşaq həşarat dərmanından zəhərləndi

20 May 2024 20:55 101 baxış
IMG

Zaqatalada 3 yaşlı uşaq həşarat dərmanından zəhərlənib. 

Lent.az-ın məlumatına görə, hadisə Zaqatala şəhərində qeydə alınıb. 

Şəhər sakini, 2021-ci il təvəllüdlü Eşqin Afiq oğlu Məmmədov gəmiriciləri məhv etmək üçün istifadə edilən dərmandan zəhərlənib.

Təcili xəstəxanaya çatdırılan azyaşlıya lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti normallaşıb. 

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti