IMG-LOGO

2 yaşlı uşaq süd qazanına düşdü

20 May 2024 19:00 151 baxış
IMG

Diyarbakırın Silvan rayonunda 2 yaşlı S.B.Ç. süd qazanına düşüb. Uşaq təcili yardım helikopteri ilə şəhər mərkəzindəki Dəclə Universiteti Xəstəxanasına aparılıb.

Lent.az-ın Türkiyə KİV-nə istinadən məlumatına görə, Silvan rayonunda S.B.Ç. anasının qaynadıb soyuması üçün yerə qoyduğu süd qazanının içinə düşüb.

Sinə və sol ayağında 2-ci dərəcəli yanıq xəsarətləri alan S.B.Ç. çağırılan həkim qrupunun ilk müdaxiləsindən sonra Silvan Dövlət Xəstəxanasına aparılıb.

Təcili yardım maşını ilə Dəclə Universiteti Xəstəxanasına çatdırılan S.B.Ç. yanıq şöbəsində müalicə olunur.

Mənbə: lent.az

Xəbər lenti