Hindistanın şimalında leysan yağışlarının yaratdığı torpaq sürüşməsi və daşqınlar nəticəsində azı 19 nəfər həyatını itirib.
Lent.az xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.
Məlumata görə, Cammu və Kəşmir bölgəsində 11 nəfər ölüb, bir neçə nəfər itkin düşüb və axtarış-xilasetmə əməliyyatları davam edir. Poonç və Racuri dairələrində baş verən sel və torpaq sürüşmələri yaşayış məntəqələrinə ciddi ziyan vurub. Poonç şəhərində onlarla avtomobil sel sularına qərq olub.
Naqaland ştatında isə torpaq sürüşməsi nəticəsində, o cümlədən uşaqlar da daxil olmaqla, azı 8 nəfər ölüb. Dağıntılar altından dörd nəfərin meyiti çıxarılıb, axtarış işləri davam edir.
hindistan torpaq sürüşməsiMənbə: lent.az