IMG-LOGO

Birol Akgün: Ulu Öndər Heydər Əliyev modern Azərbaycanın qurulmasına böyük töhfə verib

10 May 2026 12:38 15 baxış
IMG

Ulu Öndər Heydər Əliyev modern Azərbaycanın qurulmasına böyük töhfə verib.

"Report" xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarət edən Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyə-Azərbaycan münasibətlər nöqteyi-nəzərindən Ulu Öndərə aid edilən "bir millət, iki dövlət" anlayışı bu gün mükəmməl səviyyəyə çatan Türkiyə və Azərbaycan münasibətləri baxımından hələ də istifadə olunan ən önəmli şüardır:

"Ulu Öndərin anadan olmasının 103-cü ildönümündə bir daha onun bu millətə bəxş etdiyi bütün dəyərlərə görə onu rəhmətlə, hörmətlə, minnətdarlıqla və xeyirlə yad edirik. Allah rəhmət eləsin".

Xəbər lenti