IMG-LOGO

WUF13-də iştirakla bağlı bu günədək 177 ölkədən 28 mindən çox insan qeydiyyatdan keçib

07 May 2026 17:43 3 baxış
IMG

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) üçün bu günədək 177 ölkədən 28 mindən çox şəxs qeydiyyatdan keçib.

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iclasında deyib.

S.Nuriyev onların təxminən yarısını xarici nümayəndələr təşkil etdiyini bildirib, bunun WUF13-ə beynəlxalq marağın yüksək göstəricisi olduğunu vurğulayıb.

Qeyd edək ki, WUF13 17-22 may tarixlərində Bakıda keçiriləcək.

Xəbər lenti