IMG-LOGO

Turqay Hüseynov: Bugünkü imtahanda iştirakçı sayı bir il ərzində hazırlanan hüquqşünasların sayına yaxındır

07 May 2026 11:29 2 baxış
IMG

Bu gün vəkilliyə qəbul üzrə keçirilən yazılı imtahanda iştirakçı sayı bir il ərzində hazırlanan hüquqşünasların sayına yaxındır.

"Report" xəbər verir ki, bunu Vəkillərin İxtisas Komissiyasının sədri Turqay Hüseynov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda hüquq fakültələrini hər il təxminən 600 nəfər bitirir:

"Vəkilliyə qəbul üzrə keçirilən yazılı imtahanda 540 nəfərin iştirak etməsi ölkədə bu peşəyə marağın artdığını göstərir. Vəkillik peşəsində gəlirin əvvəlcədən dəqiq planlaşdırılması mümkün olmasa da, hüquqşünaslar yenə də bu sahəyə maraq göstərirlər. Bu isə peşənin nüfuzunun artması, müstəqil fəaliyyət imkanları və ixtisaslaşma perspektivləri ilə əlaqələndirilir".

T.Hüseynov həmçinin bildirib ki, həm namizədlərin sayı, həm də imtahan nəticələrinin keyfiyyəti artmaqdadır:

"Əvvəlki illərdə imtahandan keçid faizi 25-40 faiz arasında dəyişirdisə, son imtahanda bu göstərici təxminən 50 faizə yaxın olub. Bu isə namizədlərin imtahana daha ciddi hazırlaşdığını göstərən əsas amillərdən biri kimi qiymətləndirilir".

Xəbər lenti