IMG-LOGO

Çində üç ay komada olan qadın toyuna iki gün qalmış ayıldı

05 May 2026 03:24 2 baxış
IMG
0 0

Çində komaya düşən qadın toyuna iki gün qalmış ayılıb.

Lent.az xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri məlumat yayıb.

Məlumata görə, Çin sakini nişanlısı ilə altı ildir münasibətdə olub və cütlüyün toyu aprelin 25-nə təyin edilib. 2026-cı ilin əvvəlində boğazında ağrı hiss edən qadın yerli klinikaya müraciət edib və orada ona iynə vurulub. Bildirilir ki, həkimlər xəstədən allergiyasının olub-olmadığını soruşmayıb və lazımi dəri sınağı keçirməyiblər.

İynə vurulduqdan bir neçə dəqiqə sonra qadının dili keyiyib, o, qusmağa başlayıb və nəfəsi dayanıb. Hadisə yerinə gələn təcili yardım briqadası gəlinə anafilaktik şok diaqnozu qoyub. Nəticədə qadın komaya düşüb.

Nəzərdə tutulan toy tarixindən cəmi 48 saat əvvəl gəlin 92 günlük komadan ayılıb. O, hələlik danışa və hərəkət edə bilməsə də, yaxınları onun ayılmasını möcüzə kimi qiymətləndiriblər.

Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.

çin

Xəbər lenti