ABŞ Prezidenti Donald Tramp administrasiyası yeni süni intellekt modellərinə məcburi nəzarət tətbiq etməyi nəzərdən keçirir.
Lent.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Məlumata görə, Vaşinqton texnologiya şirkətləri və hökumət rəsmilərinin iştirakı ilə süni intellekt üzrə işçi qrup yaratmaq üçün prezident sərəncamı hazırlayır. ABŞ-nin nəticədə süni intellektin təhlükəsizlik standartlarına uyğunluğunu müxtəlif qurumların yoxladığı Britaniya modelinə yaxın tənzimləmə sistemini qəbul edə biləcəyi qeyd olunur.
ABŞ süni intellekt