IMG-LOGO

"Google" və Pentaqon arasında gizli razılaşma əldə edildi

28 Apr 2026 21:12 2 baxış
IMG
0 0

“Google” şirkəti ABŞ Müdafiə Nazirliyi ilə məxfi məlumatların işlənməsi üçün süni intellekt modellərinin təqdim olunmasına dair razılaşma əldə edib.

Lent.az “The Information”a istinadən xəbər verir ki, müqaviləyə əsasən, bu texnologiyalar daxili kütləvi nəzarət və ya insan nəzarəti olmadan avtonom silahların yaradılması üçün istifadə edilə bilməz.

Eyni zamanda, “Google”un hökumətin əməliyyat qərarlarına təsir etmək və ya veto qoymaq hüququ olmayacaq.

Şirkət bildirib ki, həm məxfi, həm də açıq layihələrdə dövlət qurumları ilə əməkdaşlıq edir.

Google pentaqon

Xəbər lenti