IMG-LOGO

Obama Ağ Evdə baş verənlər barədə nələr dedi? – AÇIQLAMA

27 Apr 2026 09:31 14 baxış
IMG
0 0

ABŞ-ın keçmiş prezidenti Barak Obama Vaşinqtonda, Ağ Evdə baş verən silahlı insidentlə bağlı açıqlama verib.

Lent.az xəbər verir ki, bu barədə keçmiş prezident X sosial platformasında paylaşım edib. Paylaşımda o bildirib ki, hadisənin motivi hələ də tam aydın deyil. Obama qeyd edib ki, istintaq davam edir və səbəblər haqqında dəqiq nəticə yoxdur.

Keçmiş prezident eyni zamanda zorakılığı pisləyib. O deyib ki, demokratiyada zorakılığa yer olmamalıdır.

Obama həmçinin təhlükəsizlik əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirib. Yaralanan agentin vəziyyətinin yaxşı olmasına sevindiyini bildirib.

 

 

Obama ABŞ Vaşinqton atışma açıqlama siyasət

Xəbər lenti