IMG-LOGO

Yaponiyada güclü zəlzələ baş verdi

27 Apr 2026 03:40 2 baxış
IMG
1 0

Yaponiyanın şimalındakı Hokkaydo prefekturasında 6 bal gücündə zəlzələ baş verib.

Lent.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri təxminən 173 min insanın yaşadığı Obihiro şəhərindən 30 kilometr cənub-qərbdə, ocağı isə 79 kilometr dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

yaponiya zəlzələ

Xəbər lenti