IMG-LOGO

Trampın iştirak etdiyi tədbirdə atəş açana bu ittiham irəli sürüləcək

26 Apr 2026 09:20 4 baxış
IMG
0 0

ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atəş açan şəxs bazar ertəsi məhkəmə qarşısına çıxarılacaq.

Lent.az xəbər verir ki, bunu Vaşinqton ştatının prokuroru Janin Pirro bildirib.

Şübhəli şəxsə odlu silahdan  istifadə etməklə ABŞ Məxfi Xidmətinin əməkdaşına hücumda ittiham olunacaq.

Qeyd edək ki, Donald Tramp şübhəli şəxsin Məxfi Xidmətin zabitlərindən birinə yaxın məsafədən atəş açdığını, xəsarət alsa da, zirehli geyimin onu xilas etdiyini, hazırda durumunun yaxşı olduğunu bildirib.

ABŞ Tramp şübhəli şəxs

Xəbər lenti