IMG-LOGO

Hakan Fidan iranlı və pakistanlı həmkarları ilə telefonla danışıb

26 Apr 2026 01:57 3 baxış
IMG

Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçı və Pakistanın XİN başçısı Məhəmməd İshaq Darla telefonla danışıb.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyindəki mənbələr bildiriblər.

Məlumata görə, danışıqlar zamanı İran və ABŞ arasında danışıqlar prosesindəki son inkişaflar müzakirə olunub. Danışıqların digər təfərrüatları açıqlanmır.

Xatırladaq ki, ABŞ və İsrail 2026-cı il fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, Küveyt, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.

Xəbər lenti