IMG-LOGO

Abbas Əraqçi Omana gedib

25 Apr 2026 21:20 2 baxış
IMG

İranın xarici işlər naziri Abbas Əraqçi Pakistandan Omana gedib.

"Report"un məlumatına görə, bu barədə İranın "Tasnim" agentliyi xəbər yayıb.

Məlumata görə, A.Əraqçi səfər zamanı ikitərəfli münasibətləri və regional prosesləri müzakirə etmək üçün Maskatda Omanın yüksək vəzifəli rəsmiləri ilə görüşəcək.

İranın xarici işlər naziri daha əvvəl İslamabadda Pakistan Silahlı Qüvvələrinin baş komandanı Asim Munir və Baş nazir Şahbaz Şəriflə görüşüb. Əraqçi Tehranın ABŞ və İsraillə müharibəyə son qoymaq mövqeyini Pakistan tərəfinə çatdırıb.

Xəbər lenti