IMG-LOGO

30 ildə 300 uşağı övladlığa götürdü

22 Apr 2026 15:20 4 baxış
IMG
3 0

Çində bədən tərbiyəsi müəllimi təxminən 30 il ərzində 300 uşağı övladlığa götürərək onların həyat qurmasına kömək etdikdən sonra “Superata” ləqəbini alıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, 52 yaşlı Bay Cian Anşan şəhərinin orta məktəblərindən birində çalışır. 1990-cı illərin ortalarından etibarən o, valideyn himayəsindən məhrum qalan uşaqların tərbiyəsi ilə məşğul olur. Onun kirayəyə götürdüyü evdə eyni vaxtda 20–30 uşaq yaşayır.

KİV-in məlumatına görə, 1995-ci ildən bəri yetimlər və ya ailələri tərəfindən tərk edilmiş ən azı 276 uşaq onun evində böyüyüb. Onların bir çoxu uğur qazanıb: peşəkar idmançı, hərbçi, dövlət qulluqçusu və müəllim olublar. 100-dən çox uşaq ali təhsil alıb, təxminən 50-si isə ölkədə ən yüksək idman səviyyəsinə çatıb.

Bay özü kasıb ailədə böyüyüb və uzun məsafəyə qaçışdakı uğurları sayəsində kollecə daxil olub, daha sonra müəllim kimi fəaliyyətə başlayıb. Uşaqlara kömək etmək qərarını isə valideynləri tərəfindən tərk edilmiş şagirdlərindən birinin taleyini öyrəndikdən sonra verib. Həmin uşaq onun evində sığınacaq verdiyi ilk şəxs olub.

Böyük ailəni dolandırmaq üçün müəllim borc götürüb, əlavə işlər görüb və qohumlarını da köməyə cəlb edib. O, xüsusilə idman tərbiyəsinə önəm verir: uşaqlar hər gün, hava şəraitindən asılı olmayaraq, səhər saatlarında 12 kilometrdən artıq qaçış məşqləri edirlər.

Müəllimin sözlərinə görə, idman xarakter formalaşdırmağa və həyatın çətinliklərinə hazır olmağa kömək edir.

Çin övladlığa götürmək

Xəbər lenti