IMG-LOGO

Tramp İranla atəşkəs rejiminin uzadıldığını AÇIQLADI

22 Apr 2026 00:46 5 baxış
IMG
3 0

ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin uzadılması barədə göstəriş verdiyini bildirib.

Lent.az xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb.

Trampın sözlərinə görə, Vaşinqton və Tehran arasında vasitəçi kimi çıxış edən Pakistan hakimiyyəti ABŞ-dən İranla bağlı zərbələri dayandırmağı xahiş edib. Bu, ölkə rəhbərliyi və nümayəndələrinin vahid təklif hazırlamasına qədər qüvvədə olacaq.

"Buna görə də mən silahlı qüvvələrimizə blokadanı davam etdirmək, eyni zamanda hər an hərəkətə hazır vəziyyətdə qalmaq və İranın təklifi təqdim olunana, danışıqlar bu və ya digər şəkildə başa çatana qədər atəşkəsi uzatmaq barədə göstəriş verdim", - deyə Tramp bildirib.

atəşkəs ABŞ İran Tramp

Xəbər lenti