IMG-LOGO

Yaponiyada güclü zəlzələ: 6 nəfər xəsarət aldı

21 Apr 2026 05:17 5 baxış
IMG
0 0

Yaponiyanın şimal-şərq sahilləri yaxınlığında baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində azı 6 nəfər xəsarət alıb.

Lent.az-ın “Kyodo”ya istinadən yaydığı məlumata əsasən, zəlzələ Sakit okeanda, Tohoku regionunun şərqində qeydə alınıb. Hadisədən sonra İvate, Aomori, Miyagi prefekturaları və Hokkaydo adasının cənubu üçün hündürlüyü 3 metrədək olan sunami təhlükəsi elan edilib. Sahilə çatan dalğaların hündürlüyü isə 80 sm-ə qədər olub.

Zəlzələdən sonra maqnitudası 5,4-ə çatan 9 afterşok qeydə alınıb. Seysmoloqlar yaxın bir həftə ərzində təkrar yeraltı təkanların baş vermə ehtimalının yüksək olduğunu bildirirlər.

Yaponiya zəlzələ

Xəbər lenti