IMG-LOGO

Qırmızı vərəqələrə görə YENİ REKORDA imza atdı

27.11.2023 14:16 128 baxış
IMG

"Sevilya"nın müdafiəçisi Serxio Ramos İspaniya çempionatının 14-cü turunun "Real Sosyedad"la oyunun (1:2) sonunda meydanı tərk edib.

Lent.az-ın xarici mətbuata istinadla məlumatına görə, futbolçu La Liqada oynadığı bütün dövr ərzində 21-ci qırmızı vərəqəsini alıb və turnirdə öz rekordunu yaxşılaşdırıb.

Ramos 2004-2021-ci illərdə İspaniya çempionatında çıxış edib. PSJ-də iki mövsüm keçirdikdən sonra 2023-cü ilin sentyabrında “Sevilya” ilə müqavilə imzalayaraq La Liqaya qayıdıb. 37 yaşlı ispaniyalının aktivində 8 oyun, 1 məhsuldar ötürmə və 5 kart var.

La Liqada 14 matçdan sonra "Real Sosyedad" 25 xalla 5-ci yerdədir. "Sevilya" 12 xalla 15-ci yerdədir.

 

Xəbər lenti