IMG-LOGO

Casusluğa görə elektrik dirəyindən asıb cəsədləri zibil qutusuna atdılar

27.11.2023 12:42 134 baxış
IMG

İordan çayının qərb sahilində İsrailə casusluq etməkdə ittiham olunan iki kişi kütlənin alqışları ilə edam edilib. 

Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, edam edilənlərin cəsədləri elektrik dirəyindən asılaraq zibil qutusuna atılıb, camaat isə onları “satqın” adlandırıb.

Xəbərə görə, fələstinli silahlı qruplaşmanın üzvləri İordan çayının qərb sahilinin Tulkarem şəhərində iki nəfəri İsraillə əməkdaşlıq ittihamı ilə edam ediblər.

Adının açıqlanmasını istəməyən fələstinli jurnalist bildirib ki, düşərgə sakinləri ikisi küçələrdə güllələndikdən sonra meyitləri döyüb və tapdalayıblar. 

Onların 31 yaşlı Həmzə Mübarək və 29 yaşlı Azam Cuabra olduğu müəyyən edilib. Onlar İsrailin yerli terrorçularla toqquşması nəticəsində altı nəfərin ölümü ilə nəticələnən son antiterror reydinə səbəb olan məlumatları İsrailə verməkdə günahlandırılıblar.

İnternetdə yorğun iki kişinin məlumat üçün minlərlə dollar ödədiklərini söyləyən İsrail kəşfiyyatçıları ilə son münasibətlərini təsvir edən etiraf videoları yayılıb.

 

Xəbər lenti