IMG-LOGO

Alla Puqaçova necə “Primadonna” oldu?

23 Feb 2024 10:03 162 baxış
IMG

Məşhur müğənni Alla Puqaçovanı çox vaxt Primadonna adlandırırlar. Bu yaxınlarda jurnalistlər bu təxəllüsü Puqaçovaya kimin verdiyini soruşublar.

Lent.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, sualı prodüser və teleaparıcı Viktor Kinn cavablandırıb. 

“Bütün məsələ pop ulduzun özünü dəyər və əhəmiyyət hissinin hədsiz dərəcədə artmasında idi. Alla Puqaçova “Eurovision” mahnı müsabiqəsinə gedib və orada “Primadonna” mahnısını ifa etmişdi. Ondan sonra mediada onun haqqında primadonna sözü sıx-sıx işlədildi və Alla bunu məmnuniyyətlə qəbul etdi".

Mənbə: lent.az

Xəbər lenti