IMG-LOGO

Avropa Liqası: "Qarabağ" "Braqa" ilə oyunda fərqi azaltdı

22 Feb 2024 23:58 206 baxış
IMG

Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və Portuqaliyanın "Braqa" komandaları arasında keçirilən cavab matçında 3-cü qol vurulub.

Lent.az xəbər verir ki, 103-cü dəqiqədə Ağdam təmsilçisinin müdafiəçisi Mateus Silva hesab arasındakı fərqi minimuma endirib - 1:2.

***

23.21

Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və Portuqaliyanın "Braqa" komandaları arasında keçirilən cavab oyununda hesab açılıb.

Lent.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matçın 70-ci dəqiqəsində Rocer Fernandes qonaqları hesabda önə keçirib.

22:54

Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və Portuqaliyanın "Braqa" komandaları arasında keçirilən cavab oyununda ikinci hissə başlayıb.

Lent.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matçın ilk yarısında qapılara qol vurulmayıb.

Mənbə: lent.az

Xəbər lenti