IMG-LOGO

Bakıda maşın qadını vurub öldürdü

22 Feb 2024 09:54 175 baxış
IMG

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində qeydə alınıb.

Emil Mehdiyev idarə etdiyi "Mazda" markalı avtomobillə yolu keçmək istəyən piyada 57yaşlı Yaqut Rzaquliyevanı vurub.

Piyada aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq qadın xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Mənbə: lent.az

Xəbər lenti