IMG-LOGO

Azərbaycanın Xalq yazıçısı vəfat etdi

21.02.2024 18:36 101 baxış
IMG

Xalq yazıçısı Mövlud Süleymanlı vəfat edib.

Lent.az bildirir ki, bu barədə APA-ya yazıçının oğlu məlumat verib.

O, atasının bir qədər əvvəl vəfat etdiyini bildirib.

Mövlud Süleymanlı 1943-cü il mart ayının 18-də Ermənistan SSR-nin Kalinino rayonunun Qızıl Şəfəq kəndində (keçmiş adı "Cücəkənd") doğulub. 

Mövlud Süleymanlı Qızıl Şəfəq kənd 7 illik məktəbindən sonra qonşu İlməzli kənd orta məktəbinin X sinfini (1960) bitirib. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daхil olub, 1967-ci ildə oranı bitirib.

2024-cü ilin fevral ayında beyininə qan sızmışdı.

Xəbər lenti