IMG-LOGO

Daha bir məktəbdən biabırçı görüntülər yayıldı - VİDEO

21 Feb 2024 10:42 100 baxış
IMG

Azərbaycanda məktəblərinin birində partaların üstündə qaçan məktəbli yıxılaraq xəsarət alıb.

Lent.az xəbər verir ki, həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb. 

Görüntülərdə şagirdin sinif partalarının üzərində ayaqqabı ilə gəzdiyi əks olunub. Daha sonra, ayağı büdrəyərək yerə yıxılıb. Məlum olur ki, hadisə tənəffüs vaxtı baş verib.

Hadisənin hələlik hansı məktəbdə qeydə alındığı məlum deyil. 

Həmin görüntüləri təqdim edirik:

Xəbər lenti