IMG-LOGO

"Real"ın keçmiş futbolçusu pivəyə olan sevgisini etiraf etdi

21 Feb 2024 09:36 252 baxış
IMG

"Çelsi"nin və "Real"ın keçmiş futbolçusu Eden Hazard pivəni çox sevdiyini deyib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, onun fikrincə, Belçika dünyanın ən yaxşı pivəsini istehsal edir. Hazard oyunlardan sonra bir-iki şüşə pivə içdiyini də etiraf edib.

“Bütün belçikalılar kimi mən də pivəni sevirəm, çünki bizim ölkədə dünyanın ən yaxşı pivəsi var. Hər gün pivə içdiyimi demirəm, çünki bu doğru deyil. Amma bəzən yaxşı oyundan sonra bir-iki butulka içmək əladır”, - Eden Hazard bildirib.

Xatırladaq ki, Hazard karyerası ərzində “Lill”, “Çelsi” və “Real”da çıxış edib. 2023-cü ilin oktyabrında Hazard karyerasını başa vurmaq qərarını açıqlayıb. "Real"da oynayarkən belçikalı artıq çəki ilə bağlı müntəzəm problemlər yaşayırdı.  

Mənbə: lent.az

Xəbər lenti