IMG-LOGO

Arif Quliyevin xanımı insult keçirdi, vəziyyəti ağırdır

17.02.2024 12:20 106 baxış
IMG

Mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar xanımın vəziyyəti ağırdır. 

Lent.az-ın xəbərinə görə, 8 ildir qaraciyər sirrozundan əziyyət çəkən Gülzar xanım insult keçirib.

Xalq artistinin oğlu Rövşən Quliyev Lent.az-a açıqlama verərək bildirib ki, anasının sol tərəfi bütövlükdə hərəkətsizdir.

“Ən ağır formada insult keçirib, evdədir. Vəziyyəti ağır olaraq qalır. Beş gündür, yatmırıq. Təkcə çarə dualara qalıb. Atamın dostlarından müalicəyə kömək edənlər var. Dərmanları çox bahadır", - aktyorun oğlu bildirib.

Xəbər lenti