IMG-LOGO

Ana 9 yaşlı qızını oğurluğa məcbur etdi

17 Feb 2024 11:33 200 baxış
IMG

Rusiyanın Krasnodar diyarının Qoryaçi Klyuç şəhərində yerli sakin qızını mağazalardan oğurluq etməyə məcbur edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, əvvəllər məhkum olunmuş 30 yaşlı Kuban sakini qızı ilə birlikdə mağazalar şəbəkəsindən ərzaq oğurlayıb. Qadın qızını şirnikləndirib ki, oğurlanmış yeməkləri və əşyaları arxa çantasına sakitcə qoysa, ona şirniyyat və hədiyyələr alacaq.

Anaya qarşı oğurluq maddəsi ilə cinayət işi açılıb və o, azyaşlı uşağı cinayətə cəlb etdiyinə görə də məhkəmə qarşısında cavab verməli olacaq. Qadını 6 ilə qədər həbs cəzası gözləyə bilər.

Mənbə: lent.az

Xəbər lenti