IMG-LOGO

Sumqayıtda ananın imtina etdiyi körpə xəstəxanada öldü

25 Nov 2023 15:23 149 baxış
IMG

Sumqayıtda doğulduğu gündən imtina edilən körpə bu gün xəstəxanada ölüb.

Lent.az APA-ya istinadla xəbər verir ki, 7 ay öncə Sumqayıt şəhərində doğum evlərindən birində oğlan uşağı dünyaya gətirən Aygün Kərimova öz körpəsinindən imtina edib. Yeni doğulmuş oğlan uşağı doğum evindən uşaq xəstəxanasına köçürülüb. Yeddi aydan sonra, bu gün körpə xəstəxanada ölüb.

Məlumata görə xəstəxana körpənin meyitini təhvil verə bilmək üçün ailəni tapa bilmir.

Fakt araşdırılır.

Mənbə: lent.az

Xəbər lenti