IMG-LOGO

Sevgilisini qurtarmaq üçün dənizə tullandı, ikisi də öldü

16 Feb 2024 16:57 98 baxış
IMG

Türkiyədə gənc sevgililər dənizdə boğularaq ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbul şəhəri Sarıyer adlanan ərazidə, Emirgan Sahilində baş verib. 23 yaşlı Aleyna Sarıkaya və sevgilisi 24 yaşlı Ramazan Kaya iki dostları ilə birgə adı çəkilən sahilə gəliblər. Burada avtomobildə sevgililər arasında mübahisə yaşanıb və Aleyna Sarıkaya avtomobildən düşüb qaçaraq, özünü dənizə atıb.

Sevgilisinin ardınca gedib onu qurtarmaq istəyən Ramazan da dənizə tullanıb. Lakin bunu bacarmayıb. Dostları onları xilas edə bilməyəndə xilasedicilərə xəbər veriblər. Sudan çıxarılan cütlük xəstəxanaya yerləşdirilsə də, onları xilas etmək mümkün olmayıb.

Araşdırma aparılır.

Xəbər lenti