IMG-LOGO

Moskvadan Gəncəyə uçan təyyarə Bakıya enməyə məcbur oldu

16 Feb 2024 16:12 119 baxış
IMG

Fevralın 16-da “Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-5829 nömrəli Moskva (Vnukovo hava limanı)-Gəncə reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək qərarı verib.

"AZAL"dan Lent.az-a verilən xəbərə görə, buna səbəb Gəncə hava limanı ətrafındakı əlverişsiz hava şəraiti (duman) olub.

Təyyarə yerli vaxtla saat 15:47-də Bakı hava limanına uğurla eniş edib.

Mənbə: lent.az

Xəbər lenti