IMG-LOGO

Məşhur otellərin meneceri 8-ci mərtəbədən yıxılıb öldü - Bakıda

05 Mar 2026 10:26 5 baxış
IMG
0 0

Bakıda kişi binadan yıxılıb.

Lent.az-ın məlumatına görə, hadisə Xətai rayonu, Gəncə prospektində qeydə alınıb.

28 yaşlı Elxan Vitali oğlu Orduxanov yaşadığı binanın 8-ci mərtəbəsinin eyvanından yıxılıb. Nəticədə o, aldığı xəsarətlərdən yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

Əldə etdiyimiz məlumata görə, mərhum Bakıda bir sıra otellərdə və turizm sektorunda menecer, həmçinin menecerin köməkçisi vəzifələrində çalışıb. Belə ki, o, "Baku Mariott Hotel Boulevard", Qusardakı "Pik Palace Hotel Shahdag" və "Hilton Baku" otellərində çalışıb.

Hadisələr

Xəbər lenti