Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoy martın 6-da danışıqlar aparacaqlar.
"Report" xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
"Martın 6-da Baş nazirin müavini Mixay Popşoy azərbaycanlı həmkarı Ceyhun Bayramovun dəvəti ilə Bakıya işgüzar səfər edəcək. Səfər çərçivəsində Moldova diplomatiyasının rəhbəri Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla görüş keçirəcək, ardınca mətbuat üçün birgə bəyanat veriləcək", - məlumatda bildirilib.
Səfər proqramında həmçinin Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və SOCAR şirkətinin nümayəndələri ilə görüşlərin keçirilməsi də nəzərdə tutulub.