IMG-LOGO

Hazırda dünyanın lider bombardiri kimdir?

25.11.2023 09:40 101 baxış
IMG

“Bavariya”nın hücumçusu Harri Keyn Bundesliqanın 12-ci turunda “Köln”lə matçda qol vurub. 30 yaşlı ingilis matçın 20-ci dəqiqəsində hesabı açıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu, hücumçunun 2023-cü ildə “Bayern”, “Tottenham” və İngiltərə üçün 49-cu qoludur. Heç bir oyunçu daha çox qol vurmayıb.

“Mançester Siti”nin hücumçuları Erlinq Haaland və “Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldonun hərəyə 48 qolu var. PSJ-dən Kilian Mbappe isə 47 xal toplayıb.

Xatırladaq ki, Almaniya çempionatının 12 turundan sonra “Bavariya” 32 xal toplayıb və hazırda birinci yerdədir. Bununla belə, 31 xalı olan “Bayer Leverkuzen”in hələ ki, 1 oyunu qalıb.

Xəbər lenti