IMG-LOGO

İcbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmənin tətbiqi 2027-ci ilə təxirə salınıb

02 Mar 2026 13:22 57 baxış
IMG

İcbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmənin tətbiqi 2027-ci ilə təxirə salınıb.

"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Tibbi sığorta haqqında" qanuna dəyişikliyi təsdiq edib.

Sənədə əsasən, ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ixtisaslaşdırılmış həkim müayinəsi ilə bağlı tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir.

Dəyişikliyə görə, sözügedən maddə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Xatırladaq ki, müştərək maliyyələşmə məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsidir.

Mənbə: report.az

Xəbər lenti