Oryol vilayətində 3 kişi 16 yaşlı məktəbli qızı qaçıraraq Krasnodar vilayətinə aparmağa cəhd edib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, yeniyetmə noyabrın 21-də oğurlanıb. Kişilər onu maşının arxa oturacağına əyləşdirərək Zareçye kəndindən aparıblar.
Şübhəlilər gecə saat iki radələrində Rostov vilayətində saxlanılıb, onlardan biri artıq adam oğurluğuna görə məhkum edilib. Saxlanılanlara qarşı cinayət işi başlanıb.
Mənbə: lent.az