IMG-LOGO

34 yaşlı kişi 21 yaşlı oğlanı bıçaqlayıb

09.02.2024 08:13 100 baxış
IMG

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1990-cı il təvəllüdlü Məmmədov Əlfəddin Rüstəm oğlu aralarında baş vermiş münaqişə zəminində 2003-cü il təvəllüdlü Hüseynov Rəvan Rəcəb oğluna bıçaqla xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.  

Xəbər lenti