IMG-LOGO

Yeni evlənən qızının evinə gedən ana qəzada öldü

09 Feb 2024 03:06 95 baxış
IMG

Bakının Sabunçu rayonunda yol qəzası zamanı qadın quyuya düşüb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.

“Opel” markalı maşının sürücüsünün qarşısına “Toyota Prius” çıxıb. “Opel”in sürücüsü avtomobili aşırıb. Avtomobildə olan sərnişin - sürücünün həyat yoldaşı 1976-ci il təvəllüdlü Ağayeva Nəzakət Şabalı qızı maşının pəncərəsindən çıxaraq quyuya düşüb. Qadın aldığı xəsarətlərdən ölüb. 

Qeyd edək ki, onlar ötən həftə evlənən qızlarının evinə qonaq gedirlərmiş.  

Xəbər lenti