IMG-LOGO

Xaçmazda Ford ağaca çırpıldı, SƏRNİŞİN ÖLDÜ

09 Feb 2024 00:52 154 baxış
IMG

Xudat-Qusar yolunun Xaçmaz rayonunun Digahoba kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın Şimal bürosu xəbər verir ki, Emin Məmmədovun idarə etdiyi Ford markalı yük avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə sərnişin, sürücünün qardaşı Elçin Məmmədov hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.  

Mənbə: lent.az

Xəbər lenti