IMG-LOGO

Bakıda qəza törədən maşın piyadanı əzib öldürdü

08 Feb 2024 14:41 148 baxış
IMG

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az bildirir ki, hadisə Xəzər rayonu ərazisində baş verib. Rufiyev Həmid İmaş oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil "Saipa" markalı avtomobillə toqquşub. Sonra onun avtomobili yol kənarında olan piyada 73 yaşlı Şahbazov Nağdəli Şahvəli oğlunu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

 

Mənbə: lent.az

Xəbər lenti