IMG-LOGO

Bərdədə yas zamanı EV UÇDU: 1 ölü, 23 yaralı - YENİLƏNİB

23 Nov 2023 14:24 197 baxış
IMG

Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər yerləşdirilib. 

TƏBİB-dən Lent.az-a verilən xəbərə görə, 1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Digər şəxslərin ümumi müayinələri davam etdirilir.

Əlavə məlumat veriləcək.

*** Saat: 14:03

Bərdədə yas mərasimində ev uçub.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Yeni Daşkənd kəndində qeydə alınıb.

Kənd ərazisində ikimərtəbəli fərdi yaşayış evində yas mərasimi keçirilən zaman ev anidən çöküb. Hadisə nəticəsində 10-dan çox şəxsin xəsarət aldığı bildirilir. Onlar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Mənbə: lent.az

Xəbər lenti