IMG-LOGO

Heyvanlar yuxuda nə görürlər? Maraqlı faktlar AÇIQLANDI

25 Jan 2026 12:28 4 baxış
IMG
0 0

Alimlər heyvanların həyatı ilə bağlı gözlənilməz faktları açıqlayıblar. Onlar müəyyən ediblər ki, yuxu təkcə insanlara yox, həm də heyvanlara — xüsusilə siçovullara, meymunlara və hətta ahtapotlara da xasdır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, alimlər artıq dəqiq şəkildə müəyyən ediblər ki, heyvanlar yuxu görür. Bunun üçün onlar yuxu zamanı beyin fəaliyyətini araşdırıblar.

“Bu, çox sayda heyvanda tədqiq olunmayıb, amma yuxu görməyə bənzər beyin fəaliyyəti kifayət qədər çox növdə aşkar edilib. Buraya siçovullar, meymunlar və ahtapotlar da daxildir”, - mütəxəssislər bildirib və hətta heyvanların yuxuda nə gördüyünü də müəyyənləşdirə biliblər.

Müəyyən olunub ki, yuxu görən siçovullarda neyron aktivliyi göstərir ki, onlar müəyyən yerləri görürlər. Məsələn, ayıq vaxtlarında araşdırdıqları labirintləri yuxuda canlandırırlar. Həm də təkcə bu deyil, onlar həmin marşrutları hətta tərsinə keçə, yuxularında yeni yollar təsəvvür edə bilirlər. 

Araşdırmalardan birində alimlər belə nəticəyə gəliblər ki, yuxu məsələsində insanlar və itlər o qədər oxşardır ki, insan yuxusu haqqında daha çox məlumatı yatmış itlərin beyin fəaliyyətini öyrənməklə əldə etmək mümkündür.  

yuxu görmək heyvanlar

Xəbər lenti