IMG-LOGO

Rusiyanın hücumundan sonra Kiyevdə 1600-dən çox ev istiliksiz qalıb

25 Jan 2026 11:41 4 baxış
IMG

Ukraynanın paytaxtı Kiyevdə yanvarın 24-də Rusiyanın hücumundan sonra 1676 çoxmərtəbəli binanın sakinləri istiliksiz qalıb.

"Report"u xəbər verir ki, Kiyev meri Vitali Kliçko bu barədə özünün "Telegram" kanalında məlumat paylaşıb.

O qeyd edib ki, kommunal xidmət və enerji işçiləri ötən gün axşamdan bəri 1600-dən çox evə istilik verilişini bərpa ediblər.

"Vacib infrastruktura dəyən ziyan nəticəsində dünən paytaxtda təxminən 6000 ev yenidən istiliksiz qalıb", - Kliçko yazıb.

O əlavə edib ki, kommunal xidmət işçiləri paytaxtda istiliyin tam bərpası üçün işlərini davam etdirirlər.

Xatırladaq ki, yanvarın 20-də Rusiya qüvvələrinin atəşi nəticəsində Kiyevdə 5600-dən çox çoxmərtəbəli bina istiliksiz qalıb.

Xəbər lenti