Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) 16-cı plenar sessiyasının açılış mərasimində iştirak etmək üçün Bəhreyn Krallığına səfərə gəlib.
Bu barədə "Report"a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Bəhreyn Beynəlxalq hava limanında Milli Məclisin sədrinin başçılıq etdiyi parlament nümayəndə heyətini Bəhreyn Krallığı Şura Məclisinin sədri Əli bin Saleh Əl-Saleh, Bəhreyn Nümayəndələr Şurası sədrinin birinci müavini Abdulnabi Salman Əhməd, Nümayəndələr Şurası sədrinin ikinci müavini Əhməd Abulvahid Qarata, Nümayəndələr Şurasının komitə sədrləri Mahmud Merza Farda, Əhməd Sabah Al-Sallum, Hasad Eid Buxammas, Məmduh Abbas Əl-Saleh, Məhəmməd Musa Məhəmməd, deputat Zainap Abdulamer Xəlil və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Sahibə Qafarovanın APA-nın 16-cı sessiyasında çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.


