IMG-LOGO

ABŞ Səhiyyə Nazirliyi dövlət qrantlarının tətbiqini dayandırıb

25 Jan 2026 04:52 3 baxış
IMG

ABŞ Səhiyyə və İnsan Xidmətləri Nazirliyi hökumətin təxminən 5 milyard dollarlıq ictimai səhiyyə qrantlarının verilməsini dayandırıb.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg News" məlumat yayıb.

ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti (HHS) ştatlara və tərəfdaşlara təxminən 5 milyard dollarlıq ictimai səhiyyə maliyyələşdirmə proqramlarını dayandırmaq barədə bildirişlər göndərib.

"Reuters" vəziyyətlə bağlı şərh almaq üçün sorğu göndərsə də, qurum dərhal cavab verməyib.

Departament sözçüsü daha sonra "Bloomberg"ə bildirib ki, müvəqqəti fasilə yeni yoxlama prosesinin tətbiqi və vəsaitlərin yalnız təyinatı üzrə istifadə olunmasını təmin etmək üçün zəruridir.

Qeyd etmək lazımdır ki, proqramın rəsmi veb saytına əsasən, ictimai səhiyyə infrastrukturunun inkişafı üçün qrantlar beş il müddətinə verilir və müvafiq qurumların insan resurslarını dəstəkləmək, eləcə də məlumatların emalı və təhlili sistemlərini modernləşdirmək üçün nəzərdə tutulub.

Ötən ilin mart ayında departament COVID-19 pandemiyası zamanı ştatlara ayrılan 11 milyard dollardan çox federal qrantı ləğv edib. Bu vəsaitlər, digər məsələlərlə yanaşı, ruhi sağlamlığın monitorinqi, asılılıq müalicəsi və digər təcili tibbi yardım ehtiyacları üçün istifadə edilə idi.

Xəbər lenti