IMG-LOGO

Hindistanda müalicəsi olmayan ölümcül virus yayılmağa başlayıb

25 Jan 2026 03:42 3 baxış
IMG

Hindistanın Kəlkətə şəhəri yaxınlığında peyvəndi və ya müalicəsi olmayan ölümcül Nipah virusu yayılıb.

"Report" xəbər verir ki, bu barədə "The Economic Times" qəzeti məlumat yayıb.

Qərbi Benqal əyalətində virusa yoluxmanın beş halı aşkar edilib ki, bunlardan üçü bu həftə qeydə alınıb. Yoluxanlar arasında həkim, tibb bacısı və səhiyyə işçisi də var.

Yeni ildən dərhal sonra Kəlkətə yaxınlığındakı özəl xəstəxanada işləyən daha iki tibb bacısında virus aşkarlanıb. Hər ikisində yüksək qızdırma və nəfəs almaqda çətinlik yaranıb. Yoluxmuş qadınlardan biri komaya düşüb.

Hesab edilir ki, o, testlər aparılmazdan əvvəl vəfat edən bir xəstəni müalicə edərkən virusa yoluxub.

Xəbər lenti